Ermənistan xarici işlər naziri Fransaya səfər edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. 

"Parisdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne arasında görüş başlayıb", - məlumatda qeyd edilib.

Əlavə edilib ki, gündəliyə həm ikitərəfli tərəfdaşlıq, həm də regional mövzular üzrə geniş spektrli məsələlər daxildir.