Pakistanın Bəlucistan əyalətində bu gün Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) keçiriləcək seçkilərə namizədlərin ofisləri yaxınlığında iki partlayış baş verib.

İqtisadiyyat.az "Geo TV"ə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 27 nəfər ölüb, 40-dan çox adam yaralanıb, onlardan çoxunun vəziyyəti isə ağırdır.

Müstəqil namizəd Asfand Xan Kakarın ofisinin yaxınlığında partlayıcı qurğu işə düşüb, 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. 12 nəfər isə ikinci terror aktının qurbanı olub.

Xatırladaq ki, parlament seçkiləri ərəfəsində belə terror hadisələri daha tez-tez baş verir. Fevralın 5-də də Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.

 

Gözəl Həşimova