Pakistanda məhkəmə Lahorda hava çirkliliyini azaltmaq üçün iş yerlərinin saat 22:00-da bağlanmasına qərar verib.


İqtisadiyyat.az xəbər verir ki, Milli medianın məlumatına görə, Lahor Ali Məhkəməsi şəhərdəki bütün müəssisələrin axşam saat 22-də bağlanmasına qərar verib.

Qərar Lahorda havanın çirklənməsini azaltmaq üçün qəbul edilib.

Lahorda 12 milyon insan yaşayır və Yeni Dehli, Dəkkə, Kəraçi və Pekin kimi Asiyanın ən çirkli havası olan şəhərlər sırasındadır.

Pəncab əyalət hökuməti dekabrın 7-də Lahorda havanın çirklənməsi səbəbindən təhsilin həftədə 3 gün dayandırılacağını açıqlayıb.