Hindistanın özünün su bəndlərindən daha çox su boşaltması və leysan yağışlar səbəbiylə Pakistana qədər uzanan Sutlej çayında suyun səviyyəsinin qalxması ilə daşqın təhlükəsi yaranıb, bu səbəblə 100 mindən çox insan bölgədən təxliyə edilib.

İqtisadiyyat.az xəbər verir ki, Pəncab Xilasetmə Xidmətinin sözçüsü Diba Şahnaz iyulun 9-dan bəri şimaldakı Kasur, Pakpattan, Vehari, Bahavalnaqar, Lodhran, Multan və Bahavalpur bölgələrindən 100 mindən çox insanın təxliyə edildiyini bildirib.

Şahnaz bildirib ki, iyulun 9-dan bəri baş verən daşqınlar nəticəsində 17 nəfər ölüb, 36 nəfər yaralanıb.

Pəncab əyalətinin baş naziri Seyid Muhsin Rza Nəkvi daşqınları "son 35 ilin ən pisi" adlandırıb.