Pakistanda son bir gündə daha 219 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə yoluxanların ümumi sayı 5230-a çatıb.
Bu barədə Pakistan hökumətinin koronavirusla mübarizə üçün yaradılmış informasiya saytında məlumat yayılıb.
Bildirilir ki, İslamabadda 119, Sind əyalətində 1411, Pəncab əyalətində 2805, Bəlucistanda 228, Xayber Paxtunxvada 697, Qilqit-Baltistan və Azad-Kəşmirdə müvafiq olaraq 224 və 40 yoluxma halı qeydə alınıb. Virusa yoluxma nəticəsində 91 nəfər ölüb. Gün ərzində tam müalicə olunanların sayı 226 nəfər artaraq 1028-ə çatıb.

Bütün epidemiya dövründə ölkədə 61801 koronavirus testi keçirilib, son bir gündə - 2805 test.(APA)