Bir müddət öncə əllərində özəlləşdirmə çekləri qalan müharibə veteranları, təqaüdçülər və müxtəlif peşə sahiblərinin nümayəndələri Konstitusiya Məhkəməsinə şikayət məktubu göndərmişdilər. Həmin şəxslər öz müraciətlərində hüquqlarının bərpa olunmasını və özəlləşdirmə çekləri ilə bağlı qərarın yenidən araşdırılmasını xahiş etmişdilər.

İqtisadiyyat.az xəbər verir ki, şikayətlə bağlı vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyev açıqlama yayıb.

 

O bildirib ki, yaxın zamanlarda özəlləşdirmə çeklərinin aqibəti ilə bağlı qərar açıqlanacaq:

"Konstitusiya Məhkəməsindən verilən məlumata görə, özəlləşdirmə çekləri ilə bağlı məsələ bir neçə hakimin icraatına verilib və palatada müzakirə olunur. Hazırda yay mövsümü olduğuna görə əməkdaşlar məzuniyyətə yollanır. Sentyabr ayında bu məsələ geniş şəkildə müzakirə olunacaq və obyektiv şəkildə mövqe bildirəcəklər. Senytabr ayının 20-nə qədər sözügedən məsələ ilə bağlı gözləmək tövsiyə olunur". 

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən şikayət məktubu ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

file:///C:/Users/Acer/Desktop/foto/Konstitusiya%20%C5%9Fikay%C9%99ti.pdf