Kürdəmirin Sığırlı kəndində bəzəkli qapılar yan-yana düzülüb. Kənd sakinləri deyir ki, qızlar adətən 9-cu sinifdən çıxarılıb, nişanlanıb, nikah yaşına çatana qədər gözlədilirlər. 18 yaşdan sonra onlara toy edirlər. Daha aşağı siniflərdən də qızların məktəbdən çıxarıldığı deyilir.

https://www.facebook.com/MeydanTelevision/videos/340337570016830/

Meydan.tv-nin bu qorxunc reportajına maraqlı şərhlər var. Onlardan birini Moderator.az oxucularına təqdim edirik:

Bu böyük fəlakətdi, 21-ci əsrdə yobbaz və alfons kişilərin qız övladlarını oxutmaq istəməməsi və ya oxuda bilməməsi gerizəkalılığın, cahilliyin əlamətidi. Hökümət işə qarışmalı və belə hallara son verilməlidi. Azərbaycan gəncliyi belə çirkabdan təmizlənməlidi. 

Gözəl təcrübə də var. 1982-ci ildə Sinqapurun hökümət başçısı Lee Kuan Yu, ölkəsində ağıllı kişilərin gözəl, lakin savadsız və müti qadınlarla evləndiyini və ağıllı qadınların isə ər tapa bilməmələrini bildirir. O, ali təhsilli qadınlarla evlənən kişilərə mükafat, vergi güzəştləri, ev alma üstünlüyü verməyi qərara alır və savadsız, oxumayan qadınlar isə evləndiyində, əksinə ciddi məhdudiyyətlərə məruz qalır, ikinci uşaqdan sonra ciddi cərimələndirilir. Lee Kuan Yu, istedadlı uşaqlar üçün məktəblər qurur, yüksək təhsilli insanlar üçün pulsuz səyahətlər təşkil edilir.

Oxumayan qadınlara iki uşaqdan sonra doğmağı məhdudlaşdırılan qərar qəbul edir, onlara böyük cərimə kəsir. Axşam saatlarında polis iki uşağı olan ailələrə zəng edirdi və mayalanmaya qarşı tədbir görülməsini, belə olmadıqda böyük cərimələri xatırladırdı. 

Bu qərar bir gecə də hökümətin reytinqini 12 pillə azaltdı, amma qısa zamanda problemə son qoydu. 

Azərbaycan höküməti də analoji yollarla problemi yoluna qoya bilər.

 

Saleh Məmmədov, professor, keçmiş maliyyə naziri