Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki ədəd avtomat, iki ədəd patron darağı, 48 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz saxlanılan bir tapança, bir patron darağı, yeddi ədəd patron və bir tüfəng aşkar edilərək götürülüb.