Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib.

İqtisadiyyat.az bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.

Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.