"ABŞ Konqresi Ukrayna üçün çox ehtiyac duyulan maliyyəni gecikdirməyə davam edir, ancaq Ukraynanın uğursuzluğa düçar olmasına imkan verməyəcəyik".

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Austin əməliyyatdan sonra ilk xaricə səfərində çərşənbə axşamı deyib.

CNN-in məlumatına görə, Ostin Almaniyanın Ramşteyn aviabazasında Ukrayna Müdafiə Əlaqələri Qrupunun 20-ci iclasında iştirak edib. O, Ukrayna silahlı qüvvələrinin Kremlin imkanlarını azaltmaqda davam etdiyini bildirib.

Ukraynanın müdafiə naziri Rustem Umerovun yanında oturan Pentaqonun rəhbəri bildirib: "Ukrayna geri çəkilməyəcək, ABŞ da geri çəkilməyəcək. ABŞ-nin hazırkı mesajı aydındır: ABŞ Ukraynanın uğursuz olmasına imkan verməyəcək".

"Bu koalisiya və azad dünya Ukraynanın uduzmasına imkan verməyəcək", - o vurğulayıb.