Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 854 manat 50 qəpik olub.

İqtisadiyyat.az yeniavaz-a istinadən bildirir ki, orta aylıq nominal əmək haqqı əvvəlki dövr ilə (yanvar 2023) müqayisədə 1 manat 70 qəpik azalıb. Belə ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 856 manat 20 qəpik olub.

Məlumat üçün bildirək ki, ötən ilin əvvəlindən ötən dövr ərzində və bu ilin yanvar-fevral aylarında ölkədə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub:

2023-cü il
Yanvar – 856,2 manat
Yanvar-Fevral – 854,5 manat

2022-ci il
Yanvar – 765,9 manat
Yanvar-Fevral – 768,3 manat
Yanvar-Mart – 809 manat
Yanvar-Aprel – 824,7 manat
Yanvar-May – 825,3 manat
Yanvar-İyun – 827,1 manat
Yanvar-İyul – 831,3 manat
Yanvar-Avqust – 829 manat
Yanvar-Sentyabr – 827,4 manat
Yanvar-Oktyabr – 827,9 manat
Yanvar-Noyabr – 829,9 manat
Yanvar-Dekabr – 839,4 manat