Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelə Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləməyəcəyini bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısı "Facebook"da yazıb.

O qeyd edib ki, Mişel ilə görüş onun Aİ sammitində iştirak etmək üçün gəldiyi Brüsseldə baş tutub. Sammit dekabrın 14-də açılacaq.

"Avropa Şurasının prezidenti ilə görüşdük. Bizim mövqeyimiz aydındır: biz Ukraynanın Aİ-yə tələsik daxil olmasını dəstəkləmirik", - Orban deyib.