"Macar şirkətləri sanksiyalara və siyasi çətinliklərə baxmayaraq Rusiyada fəaliyyətlərini genişləndirməyi planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Rusiyanın Tatarıstan vilayətinin başçısı Rüstəm Minnixanovla görüşdə deyib.

"Qeyd olunub ki, indiyədək əldə edilmiş nəticələrə əsasən, biz kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlığı davam etdirməyə hazırıq. Sanksiyalar və siyasi çətinliklərə baxmayaraq, Rusiyada təmsil olunan Macarıstan şirkətləri fəaliyyətini genişləndirmək üçün imkanlar axtarır”, - Macarıstan baş nazirinin sözçüsü Orbanın Minnixanovla danışıqları barədə məlumat verərkən deyib.

"Cənab Orban mədəniyyət, elm və ali təhsil sahələrində də əməkdaşlığımızı dəstəkləməyə çalışdığımızı və "Stipendium Hungaricum" proqramı çərçivəsində Tatarıstandan ölkəmizdə təhsil almaq istəyən tələbələri qəbul etməyə davam edəcəyimizi söylədi", - sözçü deyib.