"OPEC+" sazişində iştirak edən ölkələrin ötən ay neft hasilatı gündəlik 340 min barel azalaraq 41,2 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “S&P Global Commodity Insights” məlumat yayıb.

Qeyd olunub ki, son altı ayın ən böyük azalması yanvarda qeydə alınıb. Bu dinamikanın əsas səbəbləri sövdələşmədə iştirak edən ölkələrin xammal istehsalını könüllü şəkildə azaltmaq üzrə öhdəlikləri, eləcə də ölkənin cənub-qərbində Liviyanın Fezzan bölgəsində uzunmüddətli fasilələrə səbəb olan kütləvi etirazlar olub.

Nəticədə 2024-cü ilin yanvarında Liviyada neft hasilatı sutkada 120 min barel azalaraq 1,02 milyon barel təşkil edib. 2023-cü ilin sonuna kimi “OPEC+” üzvü olan Rusiyada isə neft hasilatı bir faiz azalaraq təxminən 530 milyon ton səviyyəsinə enib.