"OPEC+" sazişində iştirak edən ölkələrin ötən ay neft hasilatı gündəlik 20 min barel azalaraq 35,99 milyon barel təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) sentyabr hesabatında deyilir.

Saziş çərçivəsində "OPEC+" ölkələrinin avqust ayı üçün hasilat hədəfi 39,57 milyon barel olub.

Hesabat dövründə Səudiyyə Ərəbistanı hasilatı gündəlik 100 min barel azaldaraq 8,98 milyon barelə endirib. Rusiya isə hasilatı iyul ayı ilə eyni səviyyədə saxlayıb - 9,48 milyon barel.  Eyni zamanda, İraq hasilatı sutkada 50 min barel artıraraq 4,32 milyon barelə çatdırıb.

 

Gözəl Həşimova