Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin neft hasilatının 2030-cu ilə qədər gündəlik 1 milyon barel artacağı proqnozlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "World Energy Outlook 2023" hesabatında deyilir.

Məlumata görə, Rusiya və OPEC ölkələrinin dünya bazarına neft tədarükündəki payı 2030-cu ilə qədər 45-48% olacaq. Digər bir ssenariyə görə, Rusiyada neft hasilatı 2050-ci ilə qədər gündəlik 3,5 milyon barel azalacaq.

 

Gözəl Həşimova