"OPEC+" sazişində iştirak edən OPEC ölkələri (İran, Liviya və Venesuela istisna olmaqla) iyunda neft hasilatını gündəlik 30 min barel artırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyul ayı hesabatında deyilir.

Məlumata görə, bu ölkələrdə neft hasilatının həcmi gündəlik 23,512 milyon barel təşkil edib. Bu da "OPEC+" sazişində nəzərdə tutulan səviyyədən 1,904 milyon barel aşağıdır.

Əlavə edək ki, OPEC-in 13 üzvündən 10-u neft hasilatını azaltmaq üçün "OPEC+" sazişində iştirak edir.