"OPEC+" nazirlərinin Monitorinq Komitəsinin növbəti iclası fevralın 1-nə təyin edilib.

Bu barədə İqtisadiyyat.az TASS-a istinadən xəbər verir.

Görüşün onlayn formatda keçirilməsi planlaşdırılır.

Alyansın nazirlər səviyyəsində monitorinq komitəsinin iclaslarında adətən neft bazarındakı vəziyyət qiymətləndirilir və alyansın neft hasilatı siyasəti ilə bağlı tövsiyələr verilir. Bununla belə, komitə zərurət yaranarsa, istənilən vaxt "OPEC+"un ümumi iclasını tələb edə bilər.

 

Gözəl Həşimova