Azərbaycanın bu ilin yanvar-iyun aylarında qaz ixracı 7.5% artıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviterdə bildirib.
O qeyd edib ki, bu dövr ərzində Avropaya 5.7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1.3 mlrd.m3 qaz ixrac olunub.
Həmçinin, bu dövrdə TANAP Türkiyəni 2.8 mlrd.m3 qazla təchiz edib.