Azərbaycan ötən il 92,4 milyon dollar dəyərində 16,5 min ton kərə yağı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə dəyər ifadəsində 15,8 milyon dollar azalıb.

Hesabat dövründə kərə yağı idxalı Azərbaycanın ümumi idxalının 0,53 %-ni təşkil edib.

 

Gözəl Həşimova