Ölkədaxili əmaliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi artıb.

İqtisadiyyat.az-a verilən məlumata görə Ölkədə nağdsız ödəniş imkanlarının genişləndirilməsi istiqamətində Mərkəzi Bank davamlı olaraq bank sektoru va beynəlxalq kart təşkilatları ilə birlikdə kompleks tədbirlər həyata keçirir.
Bank eyni zamanda innovativ ödəniş həllərinin ölkəmizə gətirilməsini də diqqət mərkəzində saxlayır. Bu istiqamət üzrə Mərkəzi Bankın təşəbbüsü ilə ötən ilin noyabr ayından "ApplePay", cari ilin avqust ayından etibarən isə "GooglePay" həlli aktivləşdirilib.
Bununla da cari ilin 9 ayı ərzində həyata keçirilən ödənişlərin sayı 13.1 mln. ədəd, həcmi isə 389.1 mln. manat olub. 
Qeyd edək ki, ölkədaxili əmaliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.1 faiz bəndi artaraq 42% olub.