Azərbaycana bu ilin yanvar-avqust aylarında 183,5 milyon ABŞ dolları dəyərində 668,3 min ton buğda idxal edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9,8 milyon dollar, həcmi isə 23,9% artıb.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1,65%-nə bərabər olub.


Gözəl Həşimova