Mərkəzi Bankda bu gün növbəti valyuta hərracı keçirilib.

İqtisadiyyat.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. 

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Əlavə edək ki, 27 İyul 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 32,5 milyon ABŞ dolları təşkil etmişdi.