"İsrail və Fələstin arasında vəziyyətin pisləşməsi qlobal enerji bazarına təsir edə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə deyib.

"Əlbəttə, biz bu məsələləri müzakirə edirik. Dünyada baş verən hər hansı belə hadisə bu və ya digər şəkildə enerji resurslarının istehlakı ilə bağlı vəziyyətə təsir göstərə bilər. Buna görə də münaqişə kontekstində neft bazarındakı vəziyyət müzakirə olunacaq", - deyə o, bildirib.

 

Gözəl Həşimova