Yaponiyanın avtomobil istehsalçısı "Nissan Motor" daxili bazarda satılan 700 minə yaxın avtomobili geri çağırır.

İqtisadiyyat.az bu barədə "NHK" telekanalına istinadən xəbər verir.

Məlumata görə, mühərrikdə yaranmış nasazlıq avtomobilin sönməsinə səbəb ola bilər.

Qeyd olunur ki, Yaponiyanın daxili bazarında satılan beş model mühərriklərdəki qüsurlara görə geri çağırılır. Qüsurlu hissələrin dəyişdirilməsi isə ödənişsiz həyata keçiriləcək.

 

Gözəl Həşimova