Nigerdə dövlət çevrilişinin rəhbəri, hərbi general Abdurahman Tçiani ölkədə yeni keçid hökumətinin yaradıldığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "ActuNiger" informasiya portalı məlumat yayıb .

Ümumilikdə hökumətdə 20 nazir təmsil olunur, onların arasında hərbçilər və mülki şəxslər də var.

Əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova