İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenlə görüşündə Qəzzada baş verən son hadisələri müzakirə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidmətindən bildirilib. 

Netanyahu qeyd edib ki, o, Baydenlə Qəzzada baş verən son hadisələri və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə ediblər.

Sözügedən məqsədləri "HƏMAS-ın məhv edilməsi, bütün məhbusların azad edilməsi və Qəzzanın artıq İsrail üçün təhlükə olmamasının təmin edilməsi" olaraq sıralayan Netanyahu, Qəzzaya bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı təmin edəcəklərini də qeyd edib.

Netanyahu "X" sosial media platformasında paylaşdığı qısa videoda görüşlə bağlı oxşar açıqlamalar verib.