ABŞ Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda İsrailə görünməmiş miqyasda yardım, o cümlədən hərbi dəstək verəcək.

İqtisadiyyat.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, müvafiq razılaşmalar Amerika prezidenti Co Baydenin İsrailə səfərindən sonra əldə olunub.

"Bugünkü səfər zamanı biz təhlükəsizliyimizə böyük töhfə verən son dərəcə vacib bir işə nail olduq: İsrail dövlətinə misli görünməmiş miqyasda böyük yardım, o cümlədən hərbi imkanlarımızı daha da gücləndirən yardım veriləcək", - Baş nazir ofisinin yaydığı bəyanatda bildirilib.