ABŞ və Çindən gələn yeni iqtisadi məlumatlar fonunda neft qiymətləri ucuzlaşıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin sentyabr müqaviləsində bir barelin qiyməti 51 sent və ya 0,7% ucuzlaşaraq 77,96 ABŞ dolları olub.
"WTI" markalı neftin avqust müqaviləsində bir barelin qiyməti isə 52 sent və ya 0,7% azalaraq 73,34 ABŞ dollarına enib.