Təhsil elə bil sektordur ki, orada ani dəyişiklik etmək olmur, müqavimət var. Bu, dünyanın bir çox ölkələrində belədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, STEM bu məqsədə qısa yolla çatmaqda köməklik edir.

"Bizim 30 STEM mərkəzimiz, minlərlə müəllimimiz var. 3-4 ildən sonra dron texnologiyaları, robotexnika kurrikulumdan kənar tədris olmayacaq, Azərbaycan təhsilinin əsasına çevriləcək", - deyə nazir qeyd edib.