Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində “Aeroport Taksi” MMC-nin yaradılması ilə bağlı 2021-ci il 27 sentyabr tarixli 202 nömrəli Qərarı ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov müvafiq qərar imzalayıb.

Sənəd Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyinə verilməsi haqqında Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən imzalanıb.

Qeyd edək ki, Naxçıvan Beynəlxalq Hava Limanı bu ilin mart ayında Azərbaycan hökumətinin qərarı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib.

Xatırladaq ki, “Aeroport Taksi” xidməti yaradılan zaman 3 “Naz Lifan”, 2 “Fiat Doblo” markalı avtomobil olmaqla, ümumilikdə, 5 taksi ilə təmin edilib.