Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının pensiya ödənişi başa çatdırılıb.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin də ödənilməsi üçün müvafiq işlər görülür və qısa zamanda yekunlaşdırılacaq.