Naxçıvan Muxtar Respublikasına səhiyyə və təhsil nazirləri təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisinin sədr müavini Anar İbrahimov qərar imzalayıb.

Qərara əsasən, Samiq Sadıxov muxtar respublikanın səhiyyə naziri, Elxan Nəcəfov isə təhsil naziri vəzifəsinə təsdiq edilib. 

Hər iki şəxs indiyədək nazir vəzifəsini icra edirdi.