NATO-Ukrayna Şurası Qara dəniz taxıl müqaviləsi ilə bağlı iclas keçirib.

İqtisadiyyat.az xəbər verir ki, Şura iyulun 11-12-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Vilnüs Sammitində təsis edildikdən sonra ikinci iclasını keçirib.

İclasa NATO baş katibinin müavini Mirça Coana sədrlik edib.

Məlumata görə, Rusiyanın qara dəniz taxıl müqaviləsindən çıxma qərarı, Ukraynanın taxıl ixracını dayandırmaq cəhdlərinin, Ukraynadakı liman şəhərlərinə və taxıl anbarlarına hücumlarının qəbuledilməz olduğu qeyd edilib.

"Rusiya Qara dənizdə təhlükəli və gərgin hərəkətlərə görə tam məsuliyyət daşıyır. Rusiya aclıqdan silah kimi istifadə etməyi dayandırmalı və dünyanın həssas bölgələrini ərzaq ilə hədələməməlidir. Rusiyanın hərəkətləri həm də NATO üçün strateji əhəmiyyətli Qara dəniz regionunda sabitliyə ciddi təhlükə yaradır. Ukraynaya dəstəyimizi artırmaqdayıq. Biz Alyansın hər qarış ərazisini istənilən hücumdan müdafiə etməyə hazırıq", - Stoltenberq deyib.

“Müttəfiqlər Türkiyənin taxıl sazişini canlandırmaq üzrə davamlı səylərini, həmçinin Bolqarıstan və Rumıniya da daxil olmaqla digər müttəfiqlərin, Aİ və BMT-nin Ukrayna taxılını quru və dəniz yolu ilə ixrac etmək səylərini alqışlayırlar”, - deyə bəyanata əlavə edilib.