Polşa NATO-ya üzv ölkələr arasında müdafiə xərclərinin artımına görə liderdir.

Bu barədə İqtisadiyyat.az “Rzeczpospolita”ya istinadən xəbər verir.

Məlumata görə, ötən il ölkə ümumi daxili məhsulun (ÜDM) 3,92%-ni hərbi xərclərə ayırıb. Bununla yanaşı, respublika yeni silahların alınmasına ayrılan vəsaitin həcminə görə də lider olub. Bunlar bütün müdafiə xərclərinin 54%-ni təşkil edib.

Bildirilib ki, bu il ölkənin hərbi büdcəsi 29,5 milyard dollar təşkil edəcək ki, bu da ÜDM-in 3,1%-nə bərabərdir.

 

Gözəl Həşimova