NATO-nun 2023-cü il hərbi büdcəsi 25 faiz artırılaraq təxminən 1,96 milyard avroya çatdırılıb.


İqtisadiyyat.az xəbər verir ki, NATO-nun bəyanatına görə, üzv ölkələrin konsensusu ilə hərbi büdcə 25 faiz artırılaraq təxminən 1,96 milyard avroya, mülki büdcə isə təxminən 28 faiz artırılaraq 370,8 milyon avroya çatdırılıb.

NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, büdcə artımı NATO müttəfiqlərinin iyunda Madriddə keçirilən NATO Sammitində qarşıya qoyduğu məqsədə nail olmaq istəyinin konkret ifadəsidir.

“Biz NATO daxilində birlikdə daha çox və daha yaxşı investisiyalar qoymağa davam etməliyik”, - Stoltenberq bildirib.

NATO-nun mülki büdcəsi NATO qərargahının personalı, əməliyyat xərcləri və proqram xərcləri kimi xərclər üçün istifadə olunur.