NATO-nun hərbi struktur bölmələrinin 2024-cü il üçün büdcəsi 2023-cü illə müqayisədə 12% artaraq 2,03 milyard avroya, təşkilatın siyasi komponentinin büdcəsi 18,2% artaraq 438,1 milyon avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə alyansdan bildirilib.

Təşkilatın büdcəsinin üçüncü əsas komponenti olan NATO Müdafiə İnvestisiya Proqramı ayrı-ayrı üzv ölkələrə deyil, təşkilata məxsus olan komanda və idarəetmə obyektlərinin tikinti xərclərini özündə əks etdirən 1,3 milyard avronu təşkil edəcək ki, bu da əvvəlki il büdcəsi ilə müqayisədə 30% artım deməkdir. Beləliklə, ümumilikdə alyansın 2024-cü ildəki büdcəsi təxminən 3,768 milyard avro olacaq.

Söhbət bir təşkilat kimi NATO strukturlarının ixtiyarında olan büdcələrdən gedir. NATO-nun hesablamalarına görə, 2024-cü ildə alyans dövlətlərinin ümumi hərbi xərcləri təxminən 1,264 trilyon dollar təşkil edəcək.