NATO Şurası təşkilatın 2024-cü il üçün mülki və hərbi büdcələrinin müvafiq olaraq 18,2% və 12% artdığını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın saytındakı press-relizdə deyilir.

Məlumata görə, NATO-nun gələn il üçün hərbi büdcəsi 2,03 milyard avro, mülki büdcəsi isə 438,1 milyon avro təşkil edəcək.

Bildirilib ki, maliyyələşdirmənin artırılması təşkilata təhlükəsizlik problemlərini daha effektiv həll etməyə imkan verəcək.

Açıqlamaya əsasən, birgə maliyyələşdirmə müttəfiqlərin həmrəyliyini və kollektiv iradəsini nümayiş etdirir.

 

Gözəl Həşimova