İsrailin baş naziri Benyamin Netanyahu Rəfah daxilində hərbi hücumdan qaçmaq üçün müxtəlif ölkələrdən İsrailə edilən çağırışları tənqid edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Netanyahu ABC telekanalına müsahibəsində deyib.

"Biz HƏMAS-ın qalan terrorçu batalyonlarını son qala olan Rəfahda cəmləyəcəyik", - o bildirib.

İsrailin baş nazirinin sözlərinə görə, heç bir halda Rəfaha girməməliyik deyənlər, mahiyyətcə müharibəni uduzmaqdan danışırlar.

Netanyahu həmçinin bildirib ki, İsrail ordusu Rəfaha hücumdan əvvəl "mülki əhalinin təhlükəsiz keçidini" təmin edəcək.

"Qələbə yaxındır. Biz bunu edəcəyik. Son qala olan HƏMAS və Rəfahın qalan terrorçu batalyonlarını alacağıq, bunu edəcəyik", - Netanyahu qeyd edib.