Ege dənizinin Türkiyə sahillərində, Muğla vilayətinin Datça rayonu yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Zəlzələ yerli vaxtla saat 06:09-da baş verib.

Zəlzələnin dərinliyi 57,6 kilometr olub. Episentrinin isə Datça rayonundan 33,46 kilometr uzaqlıqda olduğu müəyyən edilib.