“Rayon ərazisində xüsusi müalicəyə ehtiyacı olan şəxslər arayışla Bakıya gələ bilərlər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərə tibb müəssisəsinə gəlmək üçün şərait yaradılır.