Ötən gün ərzində Moskvada daha 29 nəfər koronavirusdan vəfat edib.

“Ren TV” xəbər verir ki, bununla da Rusiyanın paytaxtında xəstəlikdən ölənlərin sayı 233 nəfərə çatıb.

Həmçinin, gün ərzində Rusiyada 4268 yeni yoluxma halı qeydə alınıb.

Bu günədək Rusiyada 47 121 nəfər koronavirusa yoluxub.