Moldova Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə texniki işlərin birinci mərhələsinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimov bildirib.

“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, - K.Gerasimov qeyd edib.

Bundan əvvəl Moldova prezidenti Maia Sandu Aİ-yə daxil olmaq üzrə referendumun nəticələrinin konstitusiyaya yazılmasını istəyib.