Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,9 faiz artaraq 1 milyard 429,6 milyon manat təşkil edib.

Xidmətin 76,4 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 550,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rebitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.