“Qremmi” mükafatı laureatı, pianoçu Mixail Pletnyovun mayın 26-da Heydər Əliyev Mərkəzində nəzərdə tutulan konserti baş tutmayacaq.

İqtisadiyyat.az xəbər verir ki, konsert Mixail Pletnyovun şəxsi səbəbləri üzündən təxirə salınır və yaranmış vəziyyətlə əlaqədar  pərəstişlarları və tədbirə artıq bilet əldə etmiş şəxslərə üzrxahlıqları çatdırılır.

Bakı konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, 26 may 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə bilet əldə etmiş şəxslər biletləri iTicket.az satış məntəqələrində geri qaytara bilərlər.