Ukrayna Təhlükəsizlik Xidməti (SBU) rusiyalı iş adamı Mixail Fridmanı axtarışa verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Fridman "ibtidai istintaq orqanlarından gizlənən" şəxs kimi axtarışa verilib; itkin düşmə tarixi 10 oktyabr 2023-cü il kimi göstərilib. O, konstitusiya quruluşunun dəyişdirilməsinə, hakimiyyəti ələ keçirməyə, Ukrayna ərazisinin və ya dövlət sərhədinin sərhədlərinin dəyişdirilməsinə yönəlmiş aksiyaları maliyyələşdirməkdə ittiham olunur.

Sentyabrın əvvəlində SBU Fridmana Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatını maliyyələşdirməkdə ittiham edib. Bundan əlavə, o, rus əsgərlərinə ərzaq, geyim və digər məhsullar paylamaqda ittiham olunur. SBU-nun məlumatına görə, iş adamının sığorta şirkətləri əməliyyat zonasında hərbi texnikanın, Rusiya hərbçilərinin həyat və sağlamlığının sığortasını öz üzərinə götürüb.