Misir ötən ilin oktyabr ayından bəri Qəzza zolağına "Rəfah" keçidi vasitəsilə ən azı 100 min ton humanitar yardım çatdırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Misirin baş naziri Mustafa Madbouli Dubayda BVF-nin idarəedici direktoru Kristalina Georgiyeva ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Misir atəşkəs əldə etmək və tərəflər arasında ciddi danışıqlar yolu ilə böhranının yekun həllini tapmaq üçün səylərini davam etdirir.

 

Gözəl Həşimova