Avropa İttifaqə (Aİ) dövlət başçılarının martın 21-22-də keçiriləcək sammitində Aİ iqtisadiyyatının hərbi müstəviyə keçirilməsi, birgə silah alınması, icma ölkələrinin hərbi büdcələrinin artırılması və Kiyevə mərmi tədarükünün sürətləndirilməsi ilə bağlı qərarlar qəbul ediləcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Mişel yazır: "Aİ-nin müdafiə və təhlükəsizliklə münasibətində paradiqma dəyişikliyinin vaxtı çatıb. Biz indi müdafiə oluna bilən və Aİ iqtisadiyyatını müharibə vəziyyətinə salmaq üçün radikal və konkret tədbirlər görməliyik. Bu, daha çox xərc deməkdir".

"Strateji təhlükəsizliyə əsaslanan yeni Avropa dünyagörüşünün formalaşdırılması ciddi liderlik və üzləşdiyimiz təhlükəsizlik təhdidlərinin aydın dərk edilməsini tələb edəcək və inanıram ki, Avropa Şurası bunu nümayiş etdirəcək", - o qeyd edib.