Dünyanın ən sürətli MİNİ avtomobili məhdud sayda istehsal olunacaq.

Britaniyanın British Motor Corporation şirkəti özünün “Mini John Cooper Works GP” adlanan yeni modeli ilə hər kəsi heyrətləndirəcək.

“Mini” bununla da 2020-ci ildə avtomobil sevənlərə yenilik bəxş edəcək. İlkin mərhələdə bu avtomobillərin məhdud sayda istehsalı nəzərdə tutulur.

sa_190214_095744.jpg ki_190214_095804.jpg


mi.jpg

Qeyd edək ki, 3 min ədəd istehsal ediləcək “JCW GP” bu günədək istehsal edilmiş ən sürətli mini avtomobil hesab edilir. Avtomobil gücü 300 at qüvvəsi olan dördsilindirli turbo mühərriklə təchiz edilib.

Bundan əlavə, avtomobilə yüngül təkər diskləri quraşdırılıb.