Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

İqtisadiyyat.az xəbər verir ki,  iclasın gündəliyinə aşağıdakı məsələlər əlavə edilib:

- Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Beləliklə, parlamentin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 59-a çatıb.